AZ

Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir - FOTO - YENİLƏNİB

Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.

APA xəbər verir ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini ikinci sessiya ilə davam etdirib.

***

16:22

Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.

APA xəbər verir ki, 10–12 aprel tarixlərində Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.

“Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir.

Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.

Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il 8 avqust tarixində Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.

Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.

Azərbaycan Azərbaycan Azərbaycan
Seçilən
6
3
apa.az

10Mənbələr