AZ

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başladı - FOTO

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, görüş 12 aprelədək davam edəcək.

“Sülh Körpüsü” təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa qarşılıqlı əlaqələrin təşviqinə davam edir. Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə gəlib, delimitasiya və demarkasiya olunmuş sahəni keçərək sərhəd və pasport nəzarətinin bütün müvafiq prosedurlarından keçib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Görüşün gündəliyinə sülh prosesinin cari vəziyyətinin, “Sülh Körpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyətinin və əldə olunmuş nəticələrin, eləcə də regiondakı vəziyyətin müzakirəsi daxildir.

Ayrı-ayrı sessiyalar cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsinə həsr olunacaq.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev iştirak edir.

Azərbaycandan olan iştirakçılar:

Ermənistandan olan iştirakçılar:

"Cebheinfo.az"

Seçilən
6
37
cebheinfo.az

10Mənbələr