AZ

Müctəba Xamenei xalqa müraciət edəcək



İranın Ali Lideri Müctəba Xamenei xalqa müraciət edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İslam Respublikasının Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib.

"Ümid edirik ki, o, tezliklə ortaya çıxacaq və xalqa birbaşa müraciət edəcək", - deyə o bildirib.

Əbdül Məcid Hakim İlahi deyib ki, İranın Ali Lideri Müctəba Xamenei ölkədəki vəziyyəti nəzarətdə saxlayır. Onun sözlərinə görə, ABŞ və İsraillə müharibədə atəşkəs barədə şəxsən qərar verib.

"O, özünü çox yaxşı hiss edir, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmiləri, prezidenti, parlament nümayəndəsini qəbul edir və onlar görüşlər keçirirlər. Atəşkəs qərarı onun idi", - deyə İlahi vurğulayıb.

Anar
Seçilən
29
newscenter.az

1Mənbələr