AZ

Türkiyə Mərkəzi Bankı ötən ili 1,6 trilyon lirə zərərlə başa vurub

BAKI, 10 aprel. TELEQRAF

Türkiyənin Mərkəzi Bankı (TCMB) 2025-ci ili 1 trilyon 64 milyard 875 milyon 321 min 767 lirə zərərlə başa vurub.

Teleqraf xəbər verir ki, bu barədə tənzimləyici məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin sonuna TCMB-nin aktivlərinin ümumi həcmi 12 trilyon 403 milyard 663 milyon 86 min 819 lirə təşkil edib. Hesabat dövründə bankın qızıl ehtiyatlarının dəyəri 4 trilyon 817 milyard 61 milyon 208 min 973 lirə olub.

Ötən ilin sonuna TCMB-nin ehtiyat fondu 334 milyon 168 min 579 lirə təşkil edib.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi (FES) və və Avropa Mərkəzi Bankı da zərər açıqlayıb.

FES 2025-ci ildə 18,7 milyard dollar həcmində zərərlə üzləşib. Yeri gəlmişkən, bank 2023-cü ildə 114,3 milyard dollar, 2024-cü ildə isə 77,6 milyard dollar fəaliyyət zərəri açıqlamışdı.

Avropa Mərkəzi Bankı isə ötən ili 1 milyard 254 milyon avro zərərlə başa vurub. Bank 2024-cü ili 7,944 milyard avro, 2023-cü ili isə 1,27 milyard avro zərərlə tamamlamışdı.

Seçilən
17
2
teleqraf.com

3Mənbələr