AZ

AzMİU Qazaxıstan universitetləri ilə əməkdaşlığını genişləndirir (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Qazaxıstanınaparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha dagenişləndirib. Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycanali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində AzMİUilə bir sıra nüfuzlu Qazaxıstan universitetləri arasında mühümgörüşlər keçirilib və yeni əməkdaşlıq sənədləri imzalanıb.

Bu barədə Trend-ə universitetin mətbuat xidmətindən məlumatverilib.

Bildirilir ki, forum çərçivəsində AzMİU tədris işləri üzrəprorektor, professor Akif Qasımov və Beynəlxalq ortaq təhsilproqramlarının idarə edilməsi sektorunun müdiri Könül Şirinovatərəfindən təmsil olunub. Görüşlər zamanı tərəflər arasında alitəhsil sahəsində əməkdaşlığın inkişafı, birgə təhsil proqramlarınınhəyata keçirilməsi, akademik mübadilə imkanlarınıngenişləndirilməsi və elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsiməsələləri müzakirə olunub.

AzMİU-nun beynəlmiləlləşmə strategiyasına uyğun olaraq forumçərçivəsində Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə 4mühüm sənəd imzalanıb. Bu sənədlər universitetlərarası əlaqələrinyeni mərhələyə keçməsinə və konkret təhsil proqramlarının icrasınazəmin yaradır.

İmzalanan sənədlərə aşağıdakılar daxildir:

Qazaxıstanın Beynəlxalq Təhsil Korporasiyası – KazGASA iləmagistratura səviyyəsində “Sənaye mühəndisliyi” ixtisasının “İnşaatmaterialları sənayesi” ixtisaslaşması üzrə ikili diplom proqramınadair protokol;
E.A. Buketov adına Karaqanda Milli Tədqiqat Universiteti iləəməkdaşlıq müqaviləsi;
E.A. Buketov adına Karaqanda Milli Tədqiqat Universiteti ilə OrhunMübadilə Protokolu;
L.B. Qonçarov adına Qazax Avtomobil və Yol İnstitutu ilə əməkdaşlıqmüqaviləsi.

Bu əməkdaşlıqlar çərçivəsində tələbə və müəllim mübadiləsinintəşkili, birgə elmi layihələrin həyata keçirilməsi, ikili diplomproqramlarının tətbiqi və tədris təcrübəsinin qarşılıqlıpaylaşılması nəzərdə tutulur.

Qeyd edək ki, AzMİU ilə Qazaxıstan universitetləri arasındaqurulan bu əlaqələr yalnız akademik sahə ilə məhdudlaşmır, eynizamanda universitet–sənaye əməkdaşlığının genişləndirilməsi,mühəndislik və inşaat sahəsində innovativ yanaşmaların tətbiqibaxımından da xüsusi əhəmiyyət daşıyır.

Görüşlər zamanı tərəflər gələcəkdə əməkdaşlığın daha dadərinləşdirilməsi, yeni ixtisaslar üzrə birgə proqramlarınhazırlanması və regional səviyyədə elmi-təhsil platformalarınınyaradılması istiqamətində razılığa gəliblər.

AzMİU-nun Qazaxıstan universitetləri ilə qurduğu bu tərəfdaşlıqəlaqələri universitetin beynəlxalq nüfuzunun artmasına, tələbələrüçün yeni təhsil və karyera imkanlarının yaradılmasına, eləcə dəregionda ali təhsil sahəsində inteqrasiyanın gücləndirilməsinəxidmət edir.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Seçilən
33
2
az.trend.az

3Mənbələr