“WhatsApp” istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün yeni funksiya üzərində işləyir.
KONKRET.az xəbər verir ki, məlumata görə, artıq qrup söhbətlərində “@” işarəsi vasitəsilə istifadəçiləri birbaşa əlavə etmək mümkün olacaq. Bu yenilik sayəsində söhbətdən çıxmadan, sadəcə etiketləmə menyusu vasitəsilə yeni üzvləri qrupa dəvət etmək mümkün olacaq.
Yeni funksiyanın Android versiyasında sınaqdan keçirildiyi və WABetaInfo tərəfindən aşkar edildiyi bildirilir.
Bu xüsusiyyət xüsusilə yeni qrup yaradarkən faydalı olacaq – əlavə etməyi unutduğunuz şəxsləri sürətlə qrupa daxil etmək mümkün olacaq.
Hazırda funksiya test mərhələsindədir və onun nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı hələlik açıqlanmayıb.