2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" saylı hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə yoxlamanın başlaması ilə əlaqədar olaraq hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.