AZ

Müharibədə kim qalib gəlib? – SORĞU

İsraildə “Lazar Research” araşdırma mərkəzi tərəfindən rəy sorğusuna görə, respondetlər arasında İranla müharibənin nəticəsindən ümumi məmnunluq aşağı olaraq qalır. 

“Cebheinfo.az” xəbər verir ki, respondentlərin yalnız 32 faizi məmnun olduğunu bildirib. Onların 11 faizi “çox məmnun”, 21 faizi  isə “kifayət qədər məmnun” olduğunu deyib. 

İsrail və ABŞ-nin İranla müharibədə qalib gəlib-gəlmədiyi sualına respondentlərin yalnız 22 faizi “bəli” cavabını verib. Rəyi soruşulanların 46 faizi qalib gəlmədiyini, 32 faizi isə qələbənin hələ tez olduğunu bildirib. Səslər respondentin siyasi baxışlarından asılı olaraq daha da bölünüb.

Hakim koalisiya seçiciləri arasında 47 faiz İsrail və ABŞ-ın qalib gəldiyini, 21 faizi qalib gəlmədiyini, 32 faizi isə qərar vermək üçün hələ tez olduğunu düşünür. 

Müxalifət seçicilərinin yalnız 10 faizi İsrail və ABŞ-nin qalib gəldiyinə inanır. Əksəriyyət, yəni 61 faizi qalib gəlmədiklərini, 29 faizi isə bu barədə fikir söyləməyin hələ tez olduğunu bildirib. 

Qərar verməmiş seçicilərin yalnız 7 faizi İsrail və ABŞ-nin qalib gəldiyinə, yarısı qalib gəlmədiyinə inandığını və 43 faizi isə qərar vermək üçün hələ tez olduğunu deyib. 

Seçilən
32
cebheinfo.az

1Mənbələr