BAKI, 10 aprel. TELEQRAF
Tovuz rayonunda piyadanın vurulması ilə nəticlənən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
"Mercedes" markalı sərnişin daşıyan mikroavtobus yolu keçmək isrətən 2016-cı il təvəllüdlü Məhəmməd Məmmədovu vurub.
10 yaşlı piyada ətrafdakı insanların da yardımı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.