Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, aprelin 7-də güclü sel nəticəsində baş verən torpaq sürüşməsi Quba–Qonaqkənd yolu üzərində nəqliyyatın hərəkətini çətinləşdirib. Mövcud vəziyyəti aradan qaldırmaq məqsədilə alternativ yolun çəkilişinə başlanılıb.Quba Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov Bizim.Media-ya bildirib ki, yeni yol sürüşmənin baş verdiyi 41-ci kilometrdən başlayaraq köhnə Qonaqkənd yolu istiqamətində təxminən 6 kilometr məsafəni əhatə edəcək.Onun sözlərinə görə, alternativ marşrutun çəkilişinə bu gündən etibarən start verilib.Qeyd edək ki, layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Quba Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların mütəxəssislərinin birgə müzakirələri nəticəsində reallaşdırılıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.