AZ

"Pakistanın seçimi həm siyasi, həm hərbi səbəblərə dayanır" – Ülviyyə Zülfiqar

"Pakistanın bu mövqeyi daha çox kompleks xarakter daşıyır və onu yalnız siyasi və ya yalnız hərbi-strateji maraqlarla izah etmək çətindir. Bir tərəfdən, Pakistan ilə Səudiyyə arasında uzun illərdir davam edən sıx münasibətlər, xüsusilə iqtisadi və enerji asılılığı, bu qərarın əsasını təşkil edir. Səudiyyə Ərəbistanı Pakistan üçün həm maliyyə dəstəyi, həm də enerji təminatında mühüm tərəfdaşdır. Digər tərəfdən, Pakistanın hərbi strukturları ilə Səudiyyə arasında əməkdaşlıq, o cümlədən keçmişdə müşahidə olunan təhlükəsizlik koordinasiyası, bu mövqeyin hərbi-strateji ölçüsünü də gücləndirir. Bununla yanaşı, İran ilə Pakistan arasında coğrafi yaxınlıq və həssas sərhəd bölgələri rəsmi İslamabadı balanslı davranmağa da məcbur edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Qeyd edək ki, Pakistan İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin artması halında Ər-Riyadın yanında olacağını açıqlayıb. Təhlükəsizlik mənbələrinə istinadən yayılan məlumata görə, İranın Səudiyyə Ərəbistanına qarşı hücumlarının güclənməsi vəziyyətində İslamabad Səudiyyə tərəfini dəstəkləyəcək. Bu açıqlama regionda mümkün eskalasiya risklərini yenidən gündəmə gətirib.

Siyasi şərhçinin fikrincə, İranın mümkün hücumlarının intensivləşməsi regionda bir neçə fərqli ssenarini gündəmə gətirə bilər.

Seçilən
16
aznews.az

1Mənbələr