ain.az, Olay.az portalına istinadən məlumat yayır.
Reper Offset Kardi Bi ilə boşanma prosesində məhkəməyə müraciət edib.
OLAY yazır ki, ifaçı, keçmiş arvadı Kardi Bi və Stefon Diqsin uşağı üçün atalıq təsdiqi məqsədilə DNT testi keçirilməsini tələb edib. Hakim bu tələbi rədd edib, lakin repçi üçün digər uşaqlarından birinə DNT testi keçirilməsini təsdiqləyib.
Qeyd edək ki, Offsetdən ayrılandan sonra Kardi Bi 32 yaşlı idmançı Stefon Diqs ilə münasibətə başlayıb. Cütlük, 2025-ci ilin may ayında münasibətlərini rəsmi olaraq təsdiqləyib. Həmin ilin sentyabr ayında isə Kardi Bi, Diqs'dən uşaq gözlədiyini açıqlayıb. Uşaq 2025-ci ilin noyabr ayında dünyaya gəlib, amma müğənni hələ onun adını açıqlamayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.