AZ

Dəvətlər çox olur, sadəcə, ən yaxşıları dəyərləndirməyə çalışırıq” “Sabah”ın çalışdırıcısı 6:1 udduqları rəqibi təriflədi

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq futbol turnirində iştirak edib. Nasir Nəsirlinin çalışdırdığı yeniyetmə “bayquşlar” qrup mərhələsində “Manavqat” (4:0), “TSİ Academy” (7:1) və “Göztəpə” (6:1) (hamısı Türkiyə) komandalarını məğlub edib. “Sabah” yarımfinalda “Kardələnspor”u (5:1) üstələyərək həlledici matça vəsiqə qazanıb. Finalda isə ölkəmizi təmsil edən “Young Pro” komandasına qalib gələn (3:0) “Sabah” turniri çempion kimi başa vurub. Antalya səfəri ilə bağlı baş məşqçisi Nasir Nəsirli ilə danışdıq.- Turnir haqda fikriniz necədi? Sizcə, bu oyunların komandaya xeyri dəydimi? - Turnir çox yaxşı keçdi, maraqlı oyunlar oldu, Həm yerli, həm də xarici komandalar iştirak edirdi, bu da bşaqların beynalxalq oyun təcrübəsi toplaması baxımından çox faydalıdı.- Hansı oyunda daha çox çətinlik çəkdiz? - “Göztəpə”ni vurğulayardım. Hesaba baxmayaraq, “Göztəpə” həm texniki, həm də fiziki baxımından çox yaxşı komandadı. Xüsusən də meydandakı vəziyyətə uyğun sürətli qərar verirlər.- Belə turnirlərdə müntəzəm iştirakın faydalarını görürsüz? - Bəli, daim belə tunirlərdə oynamaq uşaqlarda beynalxalq oyun təcrübəsini artırır. Müxtəlif ölkələrdən olan komandalarla oyunlar onların təkcə futbolçu yox, həm də şəxsiyyət kimi təsəvvürlərinin formalaşmasına, daha da inkişaf etmələrinə şərait yaradır.- Çempion heyətinizdən yığmaya cəlb olunan futbolçular var? - Bu yaş qrupu hazırda U-14 liqasında oynayır. Gələn ildən milli komandaya dəvət oluna bilərlər. Düşünürəm ki, milli komandaya dəvət olunsalar, ümidləri doğruld, faydalı ola biləcək uşaqlarımız var.- Başqa beynəlxalq turnirlərdə iştirakınız gözlənilirmi? - Bəli, akademiyamızın hər yaş qrupu il ərzində bir neçə beynəlxalq turnirdə iştirak edir. Dəvətlər çox olur, sadəcə, ən yaxşıları dəyərləndirməyə çalışırıq. MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr