AZ

"Bizi qarşıda daha yaxşı qələbələr gözləyir" - Fizuli Məmmədov

“Karvan-Yevlax”ın baş məşqçisi Fizuli Məmmədov Premyer Liqanın 27-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 4:1 hesablı qələbəni belə şərh edib:

"Bizim üçün çətin idi. "Qarabağ"a məğlubiyyiyyətdən sonra komandanı bu görüşə kökləmək də çətin oldu. Futbolçularda psixoloji gərginlik də var idi. Bu yöndə rəhbərlik həm futbolçulara, həm də futbolçulara dəstək oldular. Bilirdik ki, çətin olacaq. "Kəpəz"in heyəti güclüdür. Futbolçular bu oyuna çox ciddi hazırlaşdılar. Meydanda da plandan da başqa, ürək mübarizəsi verdilər. Oyunçularım meydanda əzmkarlıq göstərdilər. Hesab böyük də böyük ola bilərdi. 4:1 qalib gəlsək də, çox çətin idi. Futbolçular çətinliyin öhdəsindən gəldi. Hesab 2:1 olanda hər şey dəyişə də bilərdi. Lakin futbolçularım oyundan düşmədi. Əksinə, üçüncü qolu vurmağa bacardıq. Bütün futbolçularımı təbrik edirəm. Bəzən üzülürəm. Ona görə ki, azarkeşlərimiz bundan da artığına layiqdirlər. Biz azarkeşlərimizi qələbələrimizlə sevindirə bilmirik. Buna görə üzgünəm. Amma bayaq da azarkeşlərə dedim ki, qarşıda 6 tur var. Hər oyuna qələbə üçün çıxacağıq ki, azarkeşləri sevindirməyə çalışacağıq. Onları hər zaman sevindirə bilmədiyimizə görə üzgünəm. Amma bizi qarşıda daha yaxşı oyunlar, daha yaxşı qələbələr gözləyir".

Seçilən
5
fanat.az

1Mənbələr