AZ

“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm”

“Kəpəz” Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Karvan-Yevlax”a 1:3 hesabı ilə uduzub.

Publika.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistərin suallarını cavablandırıb:

– Bu gün itkilərimiz var idi. Rotasiyalar etsək də, alınmadı. “Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm. “Qəbələ” ilə matçda da bəsit qollar buraxdıq. İrəli baxmaq lazımdır.

– Hesabın böyük olması barədə nə deyə bilərsiniz?

– Mərkəz müdafiəçisi və cinah müdafiəçisi mövqeyində problem var idi. Deyirlər əvəzolunmaz futbolçu yoxdur. Amma bizdə Dioqo Verdaskanın yoxluğu hiss olunur. Məğlubiyyətin əsas səbəbi oyunçu çatışmazlığıdır. Bir futbolçu olmayanda onun yerini doldurmaq üçün gedişlər edirik.

Seçilən
12
10
publika.az

10Mənbələr