Naxçıvanda baş verən qəzada 4 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə Babək rayonunun Araz kəndi yaxınlığında baş verib.
67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Salmanov Nazim Yaqub oğlu, 1977-ci il təvəllüdlü Ələkbərova Aminə Həsənqulu qızı, 1963-cü il təvəllüdlü Muradov Hikmət Baxşəli oğlu və 1970-ci il təvəllüflü Fərzəliyeva Zülfünaz Vəli qızı xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta