Baku.ws saytına istinadən ain.az xəbər verir.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasında bu dəfə Xətai prospektində hərəkətin təşkilində yaranan problemə diqqət çəkilib.
Bildirilib ki, sözügedən ünvanda hərəkət zolağı, parklanma məntəqəsi və mikromobillik zolağı mövcuddur.
Lakin piyadalar üçün nəzərdə tutulan səkinin eni həddindən artıq dardır. Bundan əlavə, səkidə yerləşdirilən işıq dirəkləri və ağaclar piyadaların hərəkətini çətinləşdirir.
Bu səbəbdən onlar mikromobillik zolağında hərəkət etməyə məcbur olurlar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.