AZ

YAP Mingəçevir şəhər təşkilatında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbir keçirilib. -Fotolar



aia.az xəbər verir ki, 10.04.2026-cı il tarixdə YAP Mingəçevir şəhər təşkilatında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsilə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov , partiya veteranları və fəalları iştirak edirdilər.

Tədbirdən əvvəl iştirakçıların iştirakı ilə Ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində ətraf mühitin mühafizəsi və şəhərin yaşıllıqlarının artırılması məqsədilə 100 ədəd müxtəlif növ ağaclar əkilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin , dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükut elan edilir. Daha sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində mühüm layihələr həyata keçirilir, şəhərlərin müasir standartlara uyğun inkişafı istiqamətində ardıcıl işlər görülür. Qeyd olunub ki, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri Azərbaycanın davamlı inkişafının göstəricisidir.

Daha sonra çıxış edən Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, həyata keçirilən layihələr şəhərlərin daha müasir və rahat yaşayış məkanlarına çevrilməsinə xidmət edir.

Tədbirdə çıxış edənlər Mingəçevir Bələdiyyəsinin üzvləri Gültəkin Nəzərova və Mahnur Ömərova da şəhərsalma və memarlıq sahəsində görülən işlərin ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini vurğulayaraq bu istiqamətdə həyata keçirilən layihələrin vətəndaşların rifahının yüksəlməsinə xidmət etdiyini bildiriblər.

Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb və Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə tədbir başa çatdı.
Sonda xatirə şəkili çəkdirildi.



Seçilən
25
aia.az

1Mənbələr