AZ

​Balıq yeyənlərin nəzərinə


Şirin su hövzələrində yetişən balıqlarının dərisi və daxili orqanlarında minlərlə mikroorqanizm və virus mövcuddur.
Alimlər uzun müddət apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər. Tədqiqat 121 fərqli balıq növünü əhatə edib və bəzi hallarda 3 mindən çox naməlum virus qrupu aşkarlanıb.
Mütəxəssislər hesab edir ki, balığın dərisini örtən selikli qat mikrobların toplanması üçün əlverişli mühit yaradır. Bu qat su ilə daimi təmasda olduğundan, müxtəlif bakteriya və virusları özündə saxlayır və “ekoloji filtr” rolunu oynayır. Hətta bəzi hallarda dəridəki mikroorqanizmlərin bağırsaqdan daha çox olduğu müəyyən edilib.
Aparılan tədqiqatlar sübut edib ki, balıqlardakı mikrobların tərkibi daha çox onların genetik mənşəyi ilə bağlıdır. Xüsusilə sazan və ona yaxın növlərdə mikroorqanizmlərlə uyğunlaşma daha güclü müşahidə olunub.
Bu nəticələr balıq istehlakı zamanı gigiyena və düzgün bişirmə qaydalarına daha ciddi əməl etməyin vacibliyini bir daha gündəmə gətirir. \\Metbuat.az

Seçilən
0
1
gender.az

2Mənbələr