AZ

İsrail Fransanı sülh prosesindən kənarlaşdırdı – "Paris özünü yaxşı aparmır"

İsrail gələn həftə Vaşinqtonda başlaması planlaşdırılan Livanla danışıqlara Fransanı daxil etməkdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Bir İsrail rəsmisi qəzetə deyib: "Fransanın son bir ildəki davranışı, o cümlədən İsrailin İranda döyüşmək qabiliyyətini məhdudlaşdırmağa yönəlmiş təşəbbüslər və Livanın “Hizbullah”ı tərksilah etməsinə kömək etmək üçün konkret addımlar atmaq istəməməsi, İsrailin Fransanı ədalətsiz vasitəçi kimi görməsinə səbəb olub".

Bir müddət əvvəl İsrailin baş naziri Benyamin Netanyahu kabinetə “Hizbullah”ın mümkün tərksilah edilməsini müzakirə etmək üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb.

Keçən il Netanyahu Fransa liderinin Fələstini rəsmi olaraq tanımaq niyyətində olduğu barədə açıqlamalarından sonra Fransa prezidenti Emmanuel Makronun ölkəyə girişinə icazə verməmişdi.

Musavat.com

 

Seçilən
16
musavat.com

1Mənbələr