Naxçıvanda yol təsərrüfatı ilə bağlı aparılan cinayət işi üzrə məhkəmə prosesində diqqətçəkən iddialar səsləndirilib.
Onun sözlərinə görə, yol idarələrinin rəhbərləri görülən işlərə ayrılan vəsaitin 10 faizini ona təqdim edib. Əsgərov bildirib ki, o isə həmin vəsaiti Arxitektura Komitəsinin sədrinə verib və pullar daha sonra Seymur Talıbova çatdırılıb. Bu sistemin 2022-ci ilə qədər davam etdiyi iddia olunur.
Müttəhim əlavə edib ki, layihələrə ayrılan ümumi vəsaitin üzərinə 12 faiz əlavə olunub, bunun 10 faizi qeyd olunan qaydada yönləndirilib, 2 faizi isə bank xərclərinə sərf edilib.
Bəhruz Əsgərov həmçinin vurğulayıb ki, işçilərə verilən əlavə “bonus” ödənişləri aşağı maaşların kompensasiyası kimi təqdim olunub və bu, rəhbərliyin göstərişi ilə həyata keçirilib.
Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib və baş verənlərdən peşman olduğunu qeyd edib.
Qeyd edək ki, sabiq sədrə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə prosesi mayın 1-dək təxirə salınıb.