AZ

Şahbaz Şərifdən SON DƏQİQƏ açıqlaması: 2 İran təyyarəsi Pakistana GETDİ - FOTO

Pakistanın baş naziri Şahbaz Şərif aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların başlayacağını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Aja News" agentliyi yayıb.

"Sabah, şənbə günü Pakistan ABŞ və İrandan olan nümayəndə heyətlərini qəbul edəcək. Biz danışıqların uğurla keçməsi üçün əlimizdən gələni edəcəyik", - deyə Şahbaz Şərif vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İran tərəfi danışıqların aprelin 10-na planlaşdırıldığını bildirmişdi. ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, tərəflər arasındakı təmasların nəticələri 24 saat ərzində məlum olacaq. Danışıqlarda ABŞ tərəfini Yaxın Şərq üzrə xüsusi elçi Stiven Uitkoff və Trampın kürəkəni, iş adamı Cared Kuşner təmsil edəcək.

Eyni zamanda, "Flightradar" məlumatları İranın "IRAN04" və "IRAN05" reyslərinin Pakistana doğru istiqamət aldığını göstərir.

Bu təyyarələrin məhz danışıqlar qrupunu daşıyıb-daşımadığı hələlik rəsmən təsdiqlənməsə də, sözügedən reys nömrələrindən adətən hökumət rəsmilərinin daşınması üçün istifadə olunur.

Musavat.com.

Seçilən
12
46
musavat.com

10Mənbələr