AZ

“Domestika.org Beynəlxalq onlayn kurs platformasının istifadəsinin davamlığının təmini-II Mərhələ” layihəsinin icrasına uğurla davam edir. » AzadMedia.az


“Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2025-ci il elan etdiyi qrant müsabiqəsi çərçivəsində 2026-ci ilin fevral ayından etibarən Azərbaycanda sosial və maarifləndirici layihələri dəstəkləmək və inkişaf etdirməklə tərəfimizdən ilk icrası başlayan “Azərbaycanda Gənclərə Yaradıcılıq Bacarıqlarının Öyrədılməsı Məqsədılə Domestıka.Org Beynəlxalq Onlayn Kurs Platformasının Tədbiqi” adlı layihənin davamı məqsədilə “Domestika.org Beynəlxalq onlayn kurs platformasının istifadəsinin davamlığının təmini-II Mərhələ” layihəsinin icrası uğurla davam edir. Layihənin məqsədi gənclərin yaradıcılıq və rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün beynəlxalq təcrübəni yerli kontekstə uyğunlaşdırılmış təlimlər vasitəsilə yaymaq və dayanıqlı təlimçi şəbəkəsi yaratmaqdır.

Bununla yanaşı, Domestika.org beynəlxalq onlayn platformasını yerli səviyyədə adaptasiya etməklə oradakı materialları maraqlı və praktik olaraq faydalı oflayn qaydada peşəkar dərslərə transformasiya etməkdir. Təşəbbüsü həyata keçirərkən layihə komandası yerli təhsil müəssisələri, mədəniyyət təşkilatları və yaradıcı sənayelərin aparıcı mütəxəssisləri ilə sıx əməkdaşlığa başlamışdır. Bu yaradıcılıq mərkəzindən biri də, İMEC (Beynəlxalq Müsiqi Təhsili Mərkəzi) məktəbi, uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq və onların musiqi sahəsində bacarıqlarını inkişaf etdirmək üçün "Musiqi Prodüserliyi" və “Pop-musiqi Prodüserliyi” (“İntroduction to Music Production”, "İntroduction to Vocal recording techniques") adlı xüsusi dərslər təqdim edir. Bu proqram uşaqvə gənclərə musiqi prodüserliyinin əsaslarını öyrətməklə yanaşı, onların yaradıcılıq, texniki bilik və müstəqil musiqi yaratma qabiliyyətlərini inkişaf etdirməyə yönəlib.

Bu kurs musiqi istehsalına yeni başlayanlar üçün nəzərdə tutulmuşdur və iştirakçıları müasir rəqəmsal musiqi yaradım prosesinin əsasları ilə tanış edir. Kurs çərçivəsində tələbələr səsin quruluşu, ritm və melodiya anlayışları, eləcə də rəqəmsal audio iş mühitində (DAW) işləmə prinsiplərini öyrənəcəklər. Tədris prosesi nəzəri biliklərlə yanaşı, praktik tapşırıqlar və real nümunələr üzərində qurularaq iştirakçıların biliklərini dərhal tətbiq etməsinə imkan yaradır.

Kursun sonunda iştirakçılar musiqi istehsalının əsas prinsipləri, mərhələləri və istifadə olunan alətlər haqqında geniş və sistemli bilik əldə edəcəklər. Onlar səs yazısı, audio redaktə, ritm və melodiya quruluşu, aranjiman və ilkin miks bacarıqlarını praktik olaraq tətbiq edə biləcək, müxtəlif rəqəmsal musiqi proqramlarında işləmək üzrə ilkin təcrübə qazanacaqlar. İştirakçılar öz musiqi ideyalarını planlaşdırma, inkişaf etdirmə və tamamlanmış layihəyə çevirmə prosesini mərhələli şəkildə həyata keçirməyi öyrənəcəklər. İMEC məktəbi, innovativ yanaşması ilə gənc nəsli ilhamlandırmağa və onların bacarıqlarını üzə çıxarmağa davam edir.
Seçilən
18
1
azadmedia.az

2Mənbələr