Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Cənubi Koreya hakimiyyəti əhali üçün əsas mobil interneti pulsuz edəcək.
Yeniavaz.com xəbər verir ki, qərar əsas yerli operatorlar “SK Telecom”, KT və LG Uplus ilə razılaşdırılıb.
Plana əsasən, müştərinin ödənişli data planı qurtararsa, avtomatik olaraq 400 kbit/s sürətlə limitsiz mobil internetə çıxış təmin ediləcək. Bu sürət axtarış sistemlərindən, mesajlaşma tətbiqlərindən və xəritələrdən istifadə üçün kifayət olmalıdır.
Baş nazirin müavini və Elm və İKT naziri Be Kyung-hun vətəndaşların onlayn xidmətlərdən məhrum edilməməli olduğunu bildirib. O, internetə çıxışın əsas insan hüququ və ölkənin gələcəyinə qoyulan bir sərmayə olduğunu vurğulayıb. Yeni plan iyun ayına qədər işə salınacaq və təxminən 7,17 milyon abunəçiyə təsir edəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.