Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ABŞ və İran arasında sülh danışıqlarının aprelin 11-də paytaxt İslamabadda başlayacağını bildirib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciətində deyib.
Şərif qeyd edib ki, hər iki ölkənin nümayəndələri İslamabadda olacaq və Pakistan hökuməti danışıqların uğurla keçməsi üçün bütün səylərini göstərəcək.