AZ

Polis “Atletiko Madrid”lə oyundan sonra “Barselona”nın üç azarkeşini saxlayıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniya polisi Çempionlar Liqasının dörddəbir finalının “Atletiko Madrid”ə qarşı ilk oyunundan (0:2) sonra üç “Barselona” azarkeşini saxlayıb.

İdman.Biz bildirir ki, Kataloniya klubunun azarkeşləri oyundan əvvəl komandanın avtobusunun pəncərəsini sındırıb, üzərinə daş və şuşə atıblar.

Nəşrin məlumatına görə, azarkeşlərdən biri artıq maddi ziyana görə ittiham olunub. Polis hazırda iğtişaşlara səbəb olan davranışları ilə digər “blauqrana” azarkeşlərinin kimliyini müəyyən etmək üçün araşdırma aparır.

“Atletiko” və “Barselona” arasında cavab oyunu 14 apreldə keçiriləcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
icma.az

1Mənbələr