AZ

“İrəvan” ansamblının musiqi töhfəsi

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Ötən günlərdə Beynəlxalq Muğam Mərkəzində İrəvan Xalq Çalğı Alətləri Ansamblının konserti olub.

Kollektivin bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova əvvəldə vurğulayıb ki, Qərbi Azərbaycan zəngin musiqi irsi, dərin mənəvi yaddaşı ilə əsrlərlə formalaşmış mədəniyyət dünyasıdır, burada səsləndirilən hər bir ifa isə yurda bağlılığının ifadəsidir.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan mədəni irsinin qorunması milli kimliyin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Musiqi bu günümüzü formalaşdıran, gələcəyə istiqamət verən mənəvi sütundur. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu musiqinin tarixi yaddaşı yaşadan və onu nəsildən-nəslə ötürən ən təsirli vasitələrdən biri olduğunu diqqətə çatdırıb.

Rəsmi hissədən sonra Qərbi Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndələrinin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, milli musiqimizin zəngin çalarları tamaşaçılara duyğusal anlar yaşadıb.

VIII Muğam Televiziya Müsabiqəsinin laureatı Ülkər Abdullayeva, Elşad Həsənli, Mina Paşayeva, IX Muğam Televiziya Müsabiqəsinin diplomantı Yusif Cəfərbəyli, Ədilə Əliyeva, Əşrəf Bünyadzadə və Əməkdar artist Sevinc Sarıyeva vətənpərvərlik ruhu aşılayan muğam və mahnılar ifa ediblər.

L.TƏHMƏZOVAXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr