AZ

"Ginnesin Rekordlar Kitabı"na düşəcəyimə inanıram" - Nihad Məmmədov

Azərbaycan stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdıracağına inanır.

Sportinfo.az xəbər verir ki, idmançı bu barədə "report"a açıqlamasında bildirib.

O, topu uzaq məsafədən oyuna daxil etməklə dünya rekordunu yeniləməyə çalışacağını söyləyib:

"Ginnesin Rekordlar Kitabı"na düşmək, dünya rekordunu yeniləmək uşaqlıq arzum olub. Yaxın zamanda isə bunu gerçəkləşdirə bilərəm. Özümə də çox inanıram".

N.Məmmədov həyəcanlı olduğunu da gizlətməyib:

"Çox həyəcanlıyam. Lakin bir o qədər də inam var. Yaxınlarımın xüsusi dəstəyini hiss edirəm. Bu, məndə istəyi daha da artırır. Daha inamla həmin günə hazırlaşıram".

Nihad Məmmədov aprelin 12-də "Şüa İdman Kompleksi"ndə təşkil olunacaq mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq.

O, bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır. Rekord 16.70 metr nəticə ilə türkiyəli Osman Gürcüyə məxsusdur.

Seçilən
1
1
sportinfo.az

2Mənbələr