Türkiyəli aktyor Selahattin Paşalı ilə həyat yoldaşı Lara Paşalı arasında xəyanət səbəbilə boşanma qərarı alındığı iddia olunur.
Publika.az xəbər verir ki, “Masumiyet Müzesi” (“Məsumiyyət muzeyi”) serialında rol alan aktyorun tərəf müqabili Eylül Lize Kandemir ilə çəkilmiş fotolarını sosial media hesabından silməsi diqqət çəkib.
Bu addım, tərəflər arasında yaxınlaşma olduğu barədə iddiaların yayılmasına səbəb olub. Digər tərəfdən, Lara Paşalının doğum gününü yalnız qızı ilə birlikdə qeyd etməsi də ayrılıq söz-söhbətlərini gücləndirən məqamlar arasında göstərilir.