AZ

Qarabağ kapitanı ilə vidalaşır? Rəhbərliyin mövqeyi bəlli oldu

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qarabağ"ın kapitanı Abdulla Zubirin bu yay iş yerini dəyişəcəyi ilə bağlı məlumatlar səngimir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, Fransa və Qətər klublarının transfer siyahısında olan 34 yaşlı vingerin öz qərarı həlledici olacaq.

Belə ki, "köhlənlər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzırdə tutulan fransalı futbolçu rəhbərlikdən sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş etsə, ona problem yaradılmayacaq. İndilik cinah hücumçusu qərarını qətiləşdirməyib. Təcrübəli futbolçunun aqibətinin necə olacağı cari mövsümün sonunda dəqiqləşəcək.

Zubir "Qarabağ"a 2018-ci ildə Fransa "Lans"ından gəlib. Bölgə klubunun forması ilə 355 matça çıxan ön xətt oyunçusu 77 qol və 94 məhsuldar ötürməyə imza atıb. Cari mövsüm bütün turnirlərdə 43 qarşılaşmada iş başında olan Abdullah 8 qol və 11 assistlə diqqət mərkəzinə düşüb.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
fanat.az

3Mənbələr