AZ

UNESCO Qəzzada təcili yardım üzrə geniş miqyaslı proqrama start verildiyini elan edib

Bakı. Trend:

UNESCO Qəzzada təcili yardım üzrə geniş miqyaslı proqrama startverildiyini elan edib. Proqram çərçivəsində mədəni irsinqorunmasına 5,7 milyon dollar ayrılıb. Bu vəsait həm də təhsilinəlçatanlığının bərpasına və yerli mediaya dəstək göstərilməsinəyönəldiləcək.

Trend BirləşmişMillətlər Təşkilatının Xəbərlər Xidmətinə istinadla xəbər verir ki,təşkilat gələcəkdə bu vəsaiti 116,5 milyon dollara çatdırmağıplanlaşdırır. Məqsəd uzunmüddətli bərpa prosesinin təmin edilməsivə əsas ictimai institutların gücləndirilməsidir.

Müharibə nəticəsində Qəzzanın mədəni irsi ciddi zərər görüb. 164mədəni və tarixi obyekt zədələnib, onların bir çoxu isə Fələstinkimliyinin mühüm simvollarıdır. UNESCO Qəzzanın Köhnə şəhərindətəmir işləri aparır və dağıntıları təmizləyir. Artıq beş obyektmöhkəmləndirilib, daha yeddisində işlər davam edir. Dağıntılar peykvasitəsilə izlənir, yerli mütəxəssislər isə irsin təcili qorunmasıüsulları üzrə təlim keçirlər.

Təşkilat əhalinin psixoloji vəziyyətinə də diqqət yetirir.Evlərini tərk etmiş 8 mindən çox uşaq, yeniyetmə və valideyn mədənivə yaradıcı proqramlar vasitəsilə psixososial dəstək alıb.Gələcəkdə 21 min nəfərə dəstək göstərilməsi və yerli rəssamlaraqrantların ayrılması nəzərdə tutulur.

Qəzzada təhsil sistemi ağır vəziyyətdədir. Ali təhsil və peşəhazırlığı sahəsinə dəyən zərər 379 milyon dollar dəyərindəqiymətləndirilir. Kampusların 80 faizdən çoxu dağıdılıb və yazədələnib. Tələbələrin böyük əksəriyyəti psixoloji dəstəyə ehtiyacduyur, müəllimlərin isə çoxunun daimi yaşayış yeri yoxdur.

Bu şəraitdə uşaqlar üçün riyaziyyat və ərəb dili üzrə oyunəsaslı tədris proqramları həyata keçirilir, sosial-emosionalinkişaf təşəbbüsləri tətbiq olunur. Yuxarı sinif şagirdlərinəimtahanlara hazırlaşmaq üçün 1000-dən çox planşet verilib.

Virtual kampusun yaradılması ali təhsilin qismən bərpasına imkanverib. Artıq tələbələrin təxminən 20 faizi bu sistemə qoşulub.Gələcəkdə 30 mindən çox insanın distant təhsil alması mümkünolacaq. Bundan əlavə, 5 müvəqqəti tədris məkanında 13 min 800tələbə oxuyur, onların təxminən 7 mini qadındır.

Jurnalistlərə də dəstək göstərilir. 60 faizi qadın olmaqla1000-dən çox media əməkdaşı psixoloji yardım alıb. 200 jurnalistüçün texniki avadanlıq alınıb. Təxminən 600 nəfər peşəkarbacarıqlar üzrə təlim keçib.

Yaxın vaxtlarda Qəzzada daha 1000 jurnalistə kompleks dəstəkgöstərilməsi planlaşdırılır.

UNESCO bildirir ki, dağıntıların miqyası uzunmüddətli beynəlxalqdəstəyi zəruri edir. Təcili tədbirlər artıq nəticə verir, lakinmədəniyyətin, təhsilin və medianın tam bərpası üçün əlavə dəstəklazımdır.

Seçilən
1
4
az.trend.az

5Mənbələr