ain.az, sport24.az saytına istinadən bildirir.
Misli Premyer liqasının 27-ci turunun ikinci oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divalar" arasında "Araz-Naxçıvan"ı qəbul edir.
Hər iki komandanın əsas məqsədi mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaqdır. "Ağ-qaralar" bu oyun ərəfəsində 40 xalla turnir cədvəlinin 5-ci, ondan bir xal geri qalan Naxçıvan təmsilçisi isə 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "İmişli" və "Turan Tovuz" - Sumqayıt" görüşləri ilə yekun vurulacaq.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
20:00. "Neftçi" - "Araz-Naxçıvan"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin MəsiyevVAR: Rauf CabarovAVAR: Müslüm ƏliyevHakim-inspektor: Asim XudiyevAFFA nümayəndəsi: Asif ƏliyevBakı. "Palms Sports Arena"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.