AZ

Qondarma "Laçın Kürd Respublikası" adlı məqalə “Vikipediya"dan silinib

“Vikipediya”nın Azərbaycan dili bölməsində yer alan “qondarma Laçın Kürd Respublikası” adlı məqalə Azərbaycan “Vikipediya” icmasının səsvermə qərarı ilə silinib...

Poliqon xəbər verir ki, məqalə 2021-ci ilin avqust ayında könüllü istifadəçi tərəfindən yaradılmışdı.

Xatırladaq ki, son günlər bu məsələ sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, “Vikipediya” könüllülər tərəfindən idarə olunan açıq platformadır və burada məqalələr bütün təbəqələr tərəfindən olan istifadəçilər tərəfindən yaradılır, redaktə edilir və zənginləşdirilir.

Dünyanın heç bir ölkəsində Elmlər Akademiyaları “Vikipediya”da gedən məlumatlar üçün heç bir cavabdehlik daşımır. (Publika.az)

Poliqon.info 

Seçilən
1
2
poliqon.info

3Mənbələr