AZ

“Qarabağ”ın futbolçusu karyerasını Qətərdə davam etdirə bilər

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ”ın futbolçusu Abdullah Zubirin yay transfer pəncərəsində klubunu dəyişməsi gündəmdədir.

İdman.Biz "L’Equipe" nəşrinə istinadla xəbər verir ki, 34 yaşlı vinger artıq Qətərin “Al-Şahaniya” klubu ilə müqavilənin əsas şərtləri üzrə razılığa gəlib.

Mənbə bildirir ki, transferin detalları açıqlanmasa da, müqavilənin şərtləri artıq razılaşdırıb.

Qeyd edək ki, mərakeş əsilli fransalı futbolçu Ağdam təmsilçisinin tarixində önəmli simalardan biri hesab olunur. O, “Qarabağ” forması ilə 355 oyunda iştirak edib, 77 qol vurub və 94 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr