Azərbaycan Premyer Liqasında 27-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçiriləcək.
Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. Cari mövsüm bu komandaların çempionatdakı əvvəlki iki oyunundan birində Ağdam klubu qələbə qazanıb – 2:1. İkinci görüşdə isə qalib aşkarlanmayıb – 0:0.
Digər oyunda “Zirə” səfərdə “Sabah”la üz-üzə gələcək. Cari mövsüm bu komandaların matçlarında üstün tərəf Masazır təmsilçisidir – 3:0 və 3:1.
Günün son görüşündə isə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Bu komandalar arasında mövsümün ilk oyununda qalib aşkarlanmasa da (2:2), ikinci görüşdə “Neftçi” böyük hesablı qələbə qazanıb – 4:0.
Misli Premyer Liqası
27-ci tur
11 aprel (şənbə)
15:30. “Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu
18:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”
20:00. “Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”