AZ

Ukrayna və Almaniya lazer silahlarının birgə istehsalına başlaya bilərlər - FOTO

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov almaniyalı həmkarı Boris Pistorius ilə telefon danışığı aparıb.

Moderator.az "European Pravda" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı tərəflər lazer silahları sahəsində əməkdaşlıq perspektivləri də daxil olmaqla birgə layihələri müzakirə ediblər.

Ukrayna və Almaniya lazer silahlarının birgə istehsalına başlaya bilərlər - FOTO

Nazirlik qeyd edib ki, tərəflər arasında hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, eləcə də uzaqmənzilli dronların istehsalı üçün əlavə maliyyələşdirməyə dair fikir mübadiləsi aparılıb.

Nazirlər həmçinin innovativ lazer silahları sahəsində əməkdaşlıq perspektivlərinə də toxunublar.

Seçilən
21
4
moderator.az

5Mənbələr