"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir mövsümün sonunda klubla yollarını ayıracaq.
BAKU.WS xəbər verir ki, bu barədə "L Equipe" nəşri məlumat yayıb.
Bildirilib ki, futbolçunun yeni klubu artıq müəyyənləşib. O, karyerasını Qətər təmsilçisi "Əl Şahaniyə"də davam etdirəcək.
Ttransferin detalları açıqlanmasa da, müqavilənin şərtləri artıq razılaşdırıb.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən "Qarabağ"da çıxış edir. Mərakeş əsilli fransalı vinger "köhlən atlar"ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.