AZ

İslamabadda gərgin gözlənti: İranın 71 nəfərlik heyəti Pakistanda

İranın geniştərkibli nümayəndə heyəti ABŞ ilə 11 aprel tarixinə planlaşdırılan kritik danışıqlarda iştirak etmək üçün İslamabada gəlib. Paytaxtın hava limanında İran rəsmilərini Pakistanın xarici işlər naziri İshaq Dar qarşılayıb. İranın “Tasnim” agentliyinin məlumatına görə, Tehranı bu danışıqlarda 71 nəfərdən ibarət böyük bir komanda təmsil edir. Heyətə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Araqçi rəhbərlik edir.

NOCOMMENT.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə təkcə diplomatlar deyil, həm də iqtisadiyyat, təhlükəsizlik və siyasət sahələri üzrə ekspertlər, həmçinin jurnalistlər daxildir. Yüksək səviyyəli rəsmilər arasında Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian, Mərkəzi Bankın rəhbəri Əbdülnasir Hemmati, xarici işlər nazirinin müavini Kazım Qaribabadi və Əli Baqeri Kani kimi nüfuzlu simalar yer alır. Bu geniş tərkib Tehranın danışıqlara kompleks yanaşdığını və həm sanksiyalar, həm də regional təhlükəsizlik məsələlərini masaya yatıracağını göstərir.

Sara,
NOCOMMENT.az

Seçilən
20
nocomment.az

1Mənbələr