AZ

İsraildən sərt mövqe: Hizbullahla atəşkəs müzakirəsi yoxdur

İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter bildirib ki, Təl-Əviv Hizbullah hərəkatı ilə atəşkəs barədə heç bir müzakirə aparmayacaq. Onun sözlərinə görə, İsrailə hücumları davam etdirən Hizbullah sülh prosesinə əsas maneədir.

Doğru.az xəbər verir ki, Leiter eyni zamanda Livanın ABŞ-dakı səfiri Nada Həməda və ABŞ diplomatik missiyasının rəhbəri Mişel İssa ilə telefon danışığı zamanı 14 apreldə rəsmi danışıqlara başlanması barədə razılıq əldə olunduğunu təsdiqləyib.

Bununla paralel olaraq, “Axios” jurnalisti Barak Ravid daha əvvəl bildirib ki, ABŞ administrasiyası və Livan tərəfi İsraildən Hizbullahla bağlı hücumların dayandırılmasını danışıqlara start verilməzdən öncə tələb edib.

DOĞRU.AZ

Seçilən
31
dogru.az

1Mənbələr