AZ

Narkotikin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanıldı

Saatlı rayopnunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb.

Azreform.info xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər - İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar.

Müayinə zamanı onların narkotik vasitə olan marixuana istifadə edərək nəqliyyat vasitəsi idarə etdikləri məlum olub. Sürücülər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə, Saatlı rayonunda polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı avtomobili spirtli içkinin təsiri altında idarə edən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.

Seçilən
7
19
azreform.info

10Mənbələr