Yazını böyüt
Yazını kiçilt
Türkiyə Basketbol Federasiyasının prezidenti və Türkiyə milli komandasının keçmiş hücumçusu Hidayət Türkoğlu 2026-cı ildə FIBA Şöhrət Zalına daxil ediləcək.
Hafta.az bildirir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Mərasim 21 apreldə Berlində keçiriləcək. Türkoğluna Syu Börd, Selin Dümerk, Klaris Maşanquana, Ludvik Menta-Mikolayeviç, Dirk Novitski, Van Çjiçji və İsmenia Poşar (ölümündən sonra) qoşulacaq. Türkoğlu FIBA Şöhrət Zalına daxil edilən ilk türk basketbolçusu olur.