AZ

Keşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

5-6 aprel tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.

Hazırda ərazidə sanitar tədbirlər çərçivəsində davamlı olaraq dezinfeksiya işləri aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
2
qafqazinfo.az

4Mənbələr