AZ

“Bu gün biz yeni savaşlar dönəmində yaşayırıq...” Politoloq

Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Prezident Əliyev Zəfər çıxışları ilə qələbəni xalqla böldü və ya başqa liderlərlərin xalqa müraciətləri niyə eşidilmir. Bu gün elə bir tarixdən keçirik ki, savaşlar ya öz liderlərini yaradır, ya da liderlərini dəfn edir. Şübhəsiz ki, güc faktoruna arxalanmaq heç də həmişə həlledici olmaya bilər. Çünki əsas məsələ burda haqlı olmaq aspektinə söykənir. Bizim də savaşımızda bu cür yol keçdik”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, ədalət pozulmuş, haqqımız tapdanmış və torpaqlarımız işğal edilmişdi:

“Lakin dövlət ağlının prinsipiallığı və bu gedişatı heç zaman qəbul etməməsi əsas qırmızı nöqtələri təşkil edirdi deyə, deyil 30 il, nəsillər də dəyişib, 70 il də keçsə idi, Azərbaycan o torpaqları qaytarmağa can atacaqdı. Sadəcə optimal nəticələr üçün adekvat rəhbərliyə ehtiyac vardı və bu rəhbər Prezident İlham Əliyev idi”. 

Politoloqun sözlərinə görə, bu gün biz yeni savaşlar dönəmində yaşayırıq:

“Günümüzdə - 2020-ci il zəfərindən sonra onlarla müharibə baş verib. Son 6 ildə Şimalımızda və Cənubumuzda indi də davam edən savaşlar mövcuddur. Hər iki cəbhənin düşmən rəhbərləri öz xalqlarına, maraq kütlələrinə xitab edirlər. Lakin heç biri bizim müqəddəs savaşımızın nəticələrinə gətirmir. Hətta günümüzdə - ABŞ və İranın özünü qalib etdiyi qəribə müharibədə də liderlər xalqlarına müraciət etməkdədirlər. Amma ovuda bilmirlər, çünki ilahi ədalət müharibə meydanlarını çoxdan tərk edib. Faktiki olaraq, keçirilən rəy sorğuları liderləri olduqca mübahisəli bir vəziyyətə salıb və onları ictimai dəstəkdən məhrum olduqlarını aşkar edib”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
adalet.az

1Mənbələr