AZ

Qızıl topu qazanmağa kim daha çox şanslıdı

“Goal” portalı “Qızıl top” mükafatına namizədlərin yeni reytinq cədvəlini dərc edib.

"Football-plus.az" xəbər verir ki, nəşrin analitiklərinə görə, “Bavariya”nın hücumçusu Harri Keyn nüfuzlu mükafata əsas iddiaçı kimi siyahıya başçılıq edir. İ

İkinci pilləni “Real”ın futbolçusu Kilian Mbappe tutur. “Bavariya”nın digər oyunçusu Maykl Olise ilk “üçlüy”ü tamamlayıb. “Barselona”nın vingeri Lamin Yamal isə 4-cü pillədə qərarlaşıb. İlk “onluğ”a həmçinin müvafiq olaraq Luis Dias, Erlinq Holann, Xulian Alvares, Deklan Rays, Vitinya və Vinisius Junior da düşüblər.

Ötən il “Qızıl top” mükafatını qazanan Usman Dembele hazırkı reytinqdə 15-ci yerdədi.

Seçilən
2
3
football-plus.az

4Mənbələr