Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ali Baş Komandan: Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq
Sirr deyil ki, qlobal dünyada siyasi münasibətlər, iqtisadi sistem, ticari əlaqələndirmələr yenidən şəkillənir. Yeni nizamın daha oturaqlı və davamlı olması üçün isə siyasi sabitlik, iqtisadi inkişaf əsas predmetlər kimi ön plana çıxır. Adıçəkilən iki amil kompleks şəkildə qlobal təhlükəsizliyin aparıcı şərtləri kimi xarakterizə olunur. Başqa sözlə, yeni çağırışlar məhz təhlükəsizliyin təmini üzərindən daha aktiv şəkildə təmin edilə bilər.
Buna mane olan ən əsas problem isə qlobal təhdidlər - daha doğrusu, son illərdə silsiləli şəkildə artan regional konfrantasiyalar, müharibələr, qarşıdurmalardır. Yeni siyasi nizamı həm də güc balansının dəyişməsi, yeni strateji konsolidasiya mərkəzlərinin formalaşdırılması kimi qəbul edən dövlətlər öz siyasi maraqlarını uzunmüddətli, hətta sonsuz görünən, nəticəsiz və yorucu, paralel olaraq isə dağıdıcı, və risqləri artıran müharibələr üzərindən təmin etməyə çalışırlar. Bu isə bütövlükdə qlobal sistemin zəifləməsinə, iqtisadi geriləməyə, ticari əlaqələrin qırılmasına, təhdid altına düşməsinə səbəb olur.
Sabitliyə və inkişafa mane olan müharibələr...
Müharibələr mahiyyət etibarı ilə fərqli anlam daşıya bilir. Məsələn, 4 ildir ki, davam edən Rusiya -Ukrayna müharibəsi bütövlükdə Avropa qitəsi üçün olduqca mənfi təzahürlər formalaşdırıb:
- İlk növbədə qitə üzərində hərbi təhdid formalaşdırıb;
- İqtisadi düzəni pozub;
- Enerji təminatı prinsiplərini yenidən formalaşdırıb.
Bu siyahını fərqli detallar üzərindən daha da genişləndirmək olar. Amma tək hərbi təhdid amili ümumi yaşam ritminin pozulmasına mənfi təsir göstərən detal kimi böyük əhəmiyyət daşıyır. Bu gün Avropa qitəsi bu və ya digər formada bütün məsələlərə iqtisadi potensialın inkişafından daha çox hərbi təhlükəsizlik prizmasından yanaşmaq məcburiyyətindədir. Hələ də sonu görünməyən döyüşlər isə mövcud infrastrukturların sıradan çıxmasına səbəb olub. Bütün bunların bərpası və ya yenidən qurulması isə həm zaman, həm enerji, həm də maliyyə deməkdir.
Eyni fikirləri Yaxın Şərq müharibəsi üzərindən də təhlil etmək mümkündür. 38 gün davam etmiş, hazırda isə yalnız ehtimallar üzərindən formalaşan danışıqlar və ya atəşkəs formatında nəticələnməsi üçün səy göstərilən müharibə qısa zamanda özünün mənfi təzahürlərini ortaya qoydu. Hətta bu müharibənin də asan şəkildə “finala” yaxınlaşması proqnozlaşdırılmır. Bu müharibə də nəticə etibarı ilə istər qlobal iqtisadiyyata, istərsə də qlobal siyasətə (bütün komponentlər üzrə) böyük ziyan vurdu.
Beləliklə, hazırda dünyanın bir çox bölgəsində davam edən münaqişələrin, müharibələrin dünyada sabitliyi və təhlükəsizliyi təhdid edən ən başlıca problem olması faktı növbəti dəfə təsdiqlənir.
30 illik təhdidə qarşı - Bakı hər zaman sülh axtarışındadır
Amma müharibələr var ki, tam əks effektə malikdir. Məsələn, 44 gün davam edən və Azərbaycanın mütləq qələbəsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsi:
- Tarixi ədaləti bərpa etdi;
- Beynəlxalq hüququ təmin etdi;
- Regiona sabitlik və sülh gətirdi;
- Yeni iqtisadi konfiqurasiya formalaşıdırdı;
- Qitələrarası əlaqələrin və intqerasiyanın daha da dinamik forma almasını şərtləndirdi;
- Regional təhlükəsizlik arxitekturasını gücləndirdi.
XX əsrin son onilliyində Erəmənistanın yürütdüyü təcavüzkar siyasət, Azərbaycan torpaqlarını işğal etməsi Cənubi Qafqaza bütövlükdə “təhdid coğrafiyası” mahiyyəti “qazandırdı”. Bakı isə illərlə məhz yuxarıda sadalanan yeni reallıqların təmini uğrunda mübarizə apardı. Təəssüfləndirici haldır ki, sadalanan bütün bu yeni reallıqlar danışıqlar və sülh nəticəsində əldə olunmadı. Bunun da günahı qarşı tərəfdə - 30 ilə yaxın işğal siyasəti yürüdən Ermənistanda idi. Rəsmi Bakı 30 ildən artıq davam etmiş işğal siyasətinin aradan qaldırılması, məsələnin sülh və danışıqlar yolu ilə ədalətli həllinə nail olunması istiqamətində yorulmadan səy göstərdi. Ermənsitanın qeyri-konstruktiv mövqeyi isə buna mane oldu. Bununla yanaşı, problemin aradan qaldırılması, Azərbaycanın ərazi bütövllüyünün təmin olunması üçün planlaşdırılan beynəlxalq mexanizmlər də işə salınmadı - məsələnin həllində vasitəçilik missiyasını üzərinə götürən dövlətlər və təşkilatlar prosesə qeyri-adekvat yanaşma sərgilədilər. Məsələn, konkret olaraq Ermənistan ilə Azərbaycan arasında problemin həllində vasitəçilik missiyasının yerinə yetirlməsi üçün yaradılmış ATƏT-in Minsk Qrupu nəinki öz işinin öhdəsindən gəlmədi, əksinə, hətta müəyyən dövrlərdə həll prosesinə əngəl, status-kvonun davam etməsinə şərait yaratdı. Bundan “ruhlanan” Ermənistanın siyasi rəhbərliyi yeni işğal planlarından bəhs açmağa başladılar. Beləliklə, Azərbaycan ərazi bütövlüyünün bərpası ilə yanaşı Cənubi Qafqazda ümumi inkişaf tempinə təhdid yaradan amilin aradan qaldırılması, təhlükəsizlik arxitekturasının gücləndirilməsi, bölgənin iqtisadi potensilanın açılması, strateji imkanlarının genişləndirilməsi üçün qətiyyətli addımlar atmaq zərurətindən qaldı - 44 günlük Vətən müharibəsi bütün bu nəticələrə yol açdı.
Ali Baş Komandanın qətiyyəti, xalqın dəstəyi, ordunun gücü...
Azərbaycanın müasir tarixinin ən böyük uğuru şəriksiz olaraq Qarabağ müharibəsində əldə olunan qələbəmizdir. 2020-ci il Vətən müharibəsi Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini ortaya qoydu - Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri qısa müddətdə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.
Bu tarixi Zəfər isə bir həqiqətin üzərinə növbəti dəfə işıq saldı - Prezident İlham Əliyev modern cəmiyyətdə lider obrazının ən mühüm keyfiyyətlərini özündə birləşdirən şəriksiz liderdir. Dövlət başçısı dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli-strateji maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Məhz Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasət nəticəsində çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bunun üçün isə ilk növbədə ölkə iqtisadiyyatı özünün inkişaf tempini artıraraq dünyanın apırıcı reytinq cədvəllərində əks olundu, ordu quruculuğu ən müasir standartlara uyğunlaşdırıldı, sosial problemlərin həlli, həssas təbəqənin mənafeyinin təmini əsas prioritet kimi müəyyənləşdirildi. Azərbaycan Ordusu ilk dəfə dünyanın 50 ən güclü ordusu sırasında yer aldı. Müdafiə xarakterli məhsulların daxili istehsalı gücləndirildi. Ordu komplektləşdirildi. Beləliklə, Azərbaycan həm ərazi böütövlüyünün təmini, həm də tarixi ədaləti bərpa etmək kimi hədəflərinə cəmisi 44 gün ərzində çatdı.
Sülh, əməkdaşlıq və etimad prinsipləri
Azərbaycanın qələbəsi mütləq qələbədir - Prezident İlham Əliyevin bildirdiyi kimi, “ Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq”. Bu təqdimatın arxasında meqafəaliyyət mexanizmi, konsepsiyalılıq, praqmatiklik və siyasi iradə dayanır. Zəfəri təmin edən amillər göz önündədir - Azərbaycan ən qısa müddətdə, böyük sürətlə Cənubi Qafqazın siyasi-iqtisadi aktoruna çevrilib. Düzgün qurulmuş iqtisadi siyasət milli maraqlara söykənən xarici siyasət kursunun hədəflərini müəyyənləşdirir. Azərbaycan dünyanın beynəlxalq tribunalarının etibarlı simasına, böyük dövlətlərin və təşkilatların ən yaxın tərəfdaşına çevrilib. Ən əsası, XXI əsrin əsas inkişaf tezisləri - sülh, əməkdaşlıq və etimad prinsipləri Azərabycanın əsas şüarıdır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Vətən müharibəsində əldə edilmiş qələbə bu inamı və etimadı daha da möhkəmləndirir. Təsadüfi deyil ki, müharibədən sonrakı dövrdə də Bakının regional sülhün inkişafına verdiyi töhfələr beynəlxalq aləm tərəfindən birmənalı şəkildə dəstəklənir.
P.İSMAYILOV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.