AZ

İran dəmir yolunu 40 saatdan da tez TƏMİR ETDİ

İranın Qum əyalətində hava hücumları nəticəsində zədələnmiş dəmir yolu körpüsü 40 saatdan az müddətdə bərpa edilib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə əyalət valisinin müavini Xosrov Sameri bildirib.

"Qumda Tac Xatun kəndinin arxasında yerləşən və son düşmən hücumunda zədələnmiş yeddi aşırımlı dəmir yolu körpüsü 40 saatdan az müddətdə bərpa edilərək istifadəyə verilib", - deyə o bildirib.

7 apreldə üç dəmir yolu körpüsü, bir dəmir yolu xətti və bir avtomobil körpüsü də daxil olmaqla, İranın bir neçə mülki infrastruktur obyekti ABŞ və İsrailin hava hücumları nəticəsində zərər görüb. 

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr