AZ

Hörmüz boğazında hərəkətlilik: Nə baş verir?

İran və ABŞ arasında Pakistanda başlayan həlledici danışıqlar fonunda Hörmüz boğazında gəmilərin hərəkətində müəyyən canlanma müşahidə olunur. “MarineTraffic” və “Kpler” platformalarının son məlumatlarına görə, əsasən Çinə məxsus olan az sayda gəmi boğazdan keçməyə başlayıb və ya Fars körfəzindən çıxış istiqamətində hərəkət edir. Ötən gecə İraqın Umm-Qəsr limanından yola düşən Çinə məxsus yük gəmisi boğazı uğurla keçib. Həmçinin hər biri təxminən 300 000 ton xam neft daşıyan iki Çin tankeri İran sahillərinə yaxın marşrutla boğaza doğru irəliləyir.

NOCOMMENT.az xəbər verir ki, boğazdakı vəziyyət hələ də riskli olaraq qalır. Botsvana bayrağı altında üzən “Nidi” maye qaz (LNG) tankeri cümə günü səhər saatlarında geri dönsə də, şənbə günü körfəzi tərk etmək üçün ikinci cəhdini edir. Beynəlxalq monitorinq qrupları qeyd edir ki, hazırda boğazda hərəkət edən gəmilərin əksəriyyəti ya İranın “koordinasiya” tələblərinə əməl edənlər, ya da Çin kimi Tehranla xüsusi razılığı olan tərəflərdir. Normalda gündə 60-dan çox gəminin keçdiyi bu strateji su yolunda hazırda sutkalıq keçid sayı cəmi 10-15 civarındadır.

Sara,
NOCOMMENT.az

Seçilən
32
nocomment.az

1Mənbələr