Livan və İsrail arasında atəşkəs sazişinin aprelin 11-də qüvvəyə minə biləcəyi bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Hədət” telekanalı diplomatik mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, atəşkəsin elan edilməsi ABŞ-nin himayəsi altında aprelin 14-də Vaşinqtonda başlaması planlaşdırılan münaqişənin həlli üzrə ikitərəfli Livan-İsrail danışıqları ərəfəsində xoşməramlı addım kimi qiymətləndirilə bilər.