ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Lautaro Martines qarşıdakı oyunlarda "İnter"ə kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Argentinalı futbolçuda sol baldır əzələsində yüngül dartılma aşkarlanıb. Onun vəziyyəti yaxın zamanda yenidən qiymətləndiriləcək.
Kapitan ttəxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, 28 yaşlı hücumçu A Seriyasında "Kalyari" və "Komo" ilə oyunları, o cümlədən İtaliya Kubokundakı qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, Lautaro Martines cari mövsümdə "İnter"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 20 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.