AZ

Avropa İttifaqı İranla danışıqlara başlamaq istəyir

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı Tehranla ikitərəfli danışıqlara başlamaq imkanını araşdırır.

Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Əsas məqsəd Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməklə Avropanın enerji problemlərini həll etməkdir. Nəşrin yazdığına görə, bu ideya Avropa Komissiyası, Avropa Şurasının rəhbərləri və bir sıra Avropa dövlətlərinin hökumətləri səviyyəsində qeyri-rəsmi şəkildə müzakirə olunub. Plan Aİ ilə İran rəsmiləri arasında birbaşa diplomatik kanalın yaradılmasını nəzərdə tutur. Aİ boğazdan Avropa ölkələrinə məxsus gəmilərin hərəkəti üzrə İranla razılaşma əldə etməyi nəzərdən keçirir.

Lakin bu təşəbbüs bir sıra ciddi maneələrlə üzləşir. Bunlara Avropa İttifaqının fevral ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməsi və regionda hərbi əməliyyatların davam etməsi daxildir. Bundan əlavə, Aİ-yə üzv 27 ölkənin hamısı bu ideyanı dəstəkləmir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
7
azpost.info

8Mənbələr